Bakıda daha iki binada və həyətdə abadlıq işləri aparılır - FOTO
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq, rayonun Asif Məhərrəmov 64 və 20 Yanvar küçəsi 4/66 saylı binaların həyətində qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib.
Binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işi aparılır. Hazırda ümumi yaşayış binaların fasadının bərpası, rənglənməsi işləri aparılır.
Blokların qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, hər iki binanın dam örtüyünün əsaslı təmiri, eyni zamanda həyətə yeni bordürlərın, asfalt və tamet daşlarının vurulması, yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılması və mini-futbol meydançasının yaradılması işləri davam edir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...