SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

BAKU.WS mərkəzin məlumatını təqdim edir:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, Çermet yol ötürücüsü qədər olan hissəsində - əsas və kənar yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

2. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

3. Atatürk prospektidə Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Ziya Bünyadov prospekti ilə kəsişməyədək olan hissəsində sıxlıq müşahidə olunur

4. Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Təbriz küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

5. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində sıxlıq

6. Şah İsmayıl Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən başlayaraq, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Alı Mustafayev küçəsində - Rövşən Cəfərov küçəsində başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

8. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

BAKU.WS