İstehlaka yararsız ət aşkarlanıb - FOTO

İstehlaka yararsız ət aşkarlanıb - FOTO
Foto
Sosial 47

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan məlumat əsasında Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Oxşar xəbərlər

Son xəbərlər