VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Cari il aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına pensiya və aylıq sosial müavinətin təyin olunması tam təmin edilib.
 
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, şəhidin həyat yoldaşı Sevinc Əlizadənin adına plastik kartın hazırlanması üçün Kapital Bank ASC-yə müraciət olunub, kart qısa müddətdə hazırlanaraq bu gün ona təqdim olunub və aylıq məbləği 907,70 manat olan pensiya 4 aprel tarixdən hesablanaraq, avqust ayı da daxil olmaqla 5 ay üzrə ümumi məbləği (4447 manat) onun həyat yoldaşının adına olan kart hesabına köçürülüb. 

Eyni zamanda, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq məbləği 220 manat olan təqaüdünün qanunvericiliyə uyğun olaraq şəhidin ailə üzvləri arasında bərabər bölgüsü əsasında aylıq 165 manatı S.Əlizadəyə və onun 2 övladına təyin olunub. Prezident təqaüdünün 4 aprel-iyul ayları üzrə 643,5 manatlıq məbləği 19 iyul tarixdə ona ödənilib. Qeyd olunanlardan əlavə, S.Əlizadənin uşaqlarına aylıq 38 manat sosial müavinət təyin olunub. Sadalanan sosial ödənişləri ümumiləşdirdikdə, bundan sonra da S.Əlizadənin ailəsinə hər ay 1110,7 manat (165+907,7+38) ödəniş olunacaq. 

BAKU.WS