“Instagram” özünün “Instagram Sans” şriftini təqdim etdi - FOTO

“nstagram” loqosunun rəngində dəyişiklik elan edib və yeni korporativ şrifti təqdim edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, loqonu daha parlaq və canlı etmək üçün sosial şəbəkə onu innovativ 3D modelləşdirmə ilə yeniləyib.
Yeni şriftə gəlincə isə ona “Instagram Sans” adı verilib. Şrift sosial şəbəkənin loqosundan ilham alınaraq yaradılıb. O, əsasən kvadrat və dairələrin birləşməsindən hazırlanıb.
“Instagram Sans”ın simvolları təkcə ingilis dili üçün deyil, ərəb, tay, yapon və digər dillər üçün də uyğunlaşdırılıb. Sosial şəbəkə yeni şriftdən reklam kampaniyaları çərçivəsində istifadə edəcək. Yeni simvollara “Hekayələr” bölməsində də rast gəlmək mümkün olacaq.
Qalereya
Oxşar xəbərlər
Nazirlərlə görüşmək istəyənlərin NƏZƏRİNƏ! - QƏBUL GÜNLƏRİ
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşla...