SİZİN REKLAM BURADA!
055 213 76 73


Havalar isinirsə, demək ki, dondurma mövsümü də yaxınlaşır. Artıq mağazalarda istənilən qiymətdə və çeşiddə dondurma tapmaq olar. Ancaq bu qidanı alarkən diqqətli olmaq lazımdır. Çünki süd, şəkər, yağ və yumurtadan hazırlanan bu məhsul düzgün seçilmədikdə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

BAKU.WS-in məlumatına görə, həkim-terapevt "Xəbər Ertəsinə" Mətanət Cəfərova bildirib ki, tərkibinə müxtəlif rənglərin qatıldığı dondurmaların təhlükəli olmaq ehtimalı daha çoxdur.

Həkimin sözlərinə görə, keyfiyyətsiz dondurmalar mədədə yanma, köp, ürək bulanma, qusma və ishal yarada bilər. Əridikdən sonra dordurmanın təkrar dondurulması isə düzgün deyil.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Xatun Hüseynova isə deyir ki, yol kənarlarında və ya parklarda satılan dondurmaların saxlanma şəraitinə xüsusi diqqət olunmalıdır.

Mütəxəssisin sözlərinə görə, dondurmanın keyfiyyətli və ya keyfiyyətsiz olduğunu ayırd etmək də mümkündür.

Xatun Hüseynova həmçinin bildirir ki, dondurmanın sutkalıq qəbulu 300-400 qramdan çox olmamalıdır. Normadan artıq istifadə yüksək qan təzyiqi, yuxarı tənəffüs yollarının iltihabı və piylənmə kimi problemlər yarada bilər.

BAKU.WS
VİDEO