SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda azyaşlı körpə saatlarla küçədə qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib:

"Azyaşlı körpə dünən saatlarla küçədə qalıb. Yoldan keçən 2 şəxs uşağın sakitcə oturub ağlamasını görüb dərhal ona yaxınlaşıblar. Balacanı yaxınlıqdakı polis bölməsinə gətirərək təhvil veriblər. Polislər isə balacanı sığınacağımıza gətirdilər. Səhəri gün uşağın atasını tapdıq və uşağın atası bildirdi ki, uşaq uzun müddətdir bibisigildə qalıb.

Bibisi oğlu onu yol ortasında qoyaraq deyib ki, burada gözlə qayıdacam, ancaq o gedən gedib və saatlarla geri gəlib uşağı götürməyib. Ata bildirir ki, uşağa baxa bilmir və uşağın anası dəfələrlə ona şiddət göstərib.

Boşanıb ayrı yaşadıqlarından uşağı heç biri sahiblənmək istəmir. Qadının ərə şiddətinə görə bu yaxınlarda məhkəmələri də olub. Bir sözlə, artıq balaca sığınacaqda qalacaq. O, küçədə evə getmək xəyalını qurarkən yolu sığınacaqla kəsişdi. İnşallah, valideynlər tez bir zamanda etdikləri səhvi anlayıb uşağın normal ailədə böyüməsini təmin edərlər".

BAKU.WS