055 213 76 73
“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də bildirib.
Məlumata görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.
Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.
İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə “Twitter” profillərində və “Telegram” kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər.
#Instagram is working on the ability to edit the profile grid allowing you to rearrange posts in any order you like 👀 pic.twitter.com/fjmkJD4je2
— Alessandro Paluzzi (@alex193a) January 10, 2022
BAKU.WS