SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda reklamların monitorinqini aparacağıq.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib.

O bildirib ki, bununla əlaqədar Dövlət Reklam Agentliyinə arxiv materillarının təqdim olunması üçün məktub ünvanlanıb.

"Monitorinqin məqsədi Bakı şəhərindən başlamaqla Azərbaycanın bütün rayonlarında reklam lövhələrində dilimizin saflığının qorunmasını təmin etməkdir.

Tövsiyə və təkliflərimizi verəcəyik. Müəyyən güzəştlərdən sonra yəqin ki, cərimələrin tətbiqinə zərurət yarandığı zaman vəsatət qaldıracağıq. Bu, qanunauyğun şəkildə həyata keçiriləcək", - deyə o əlavə edib.

BAKU.WS