DİQQƏT! Bu şəxslər 1500 manat cərimələnəcək

DİQQƏT! Bu şəxslər 1500 manat cərimələnəcək
Sosial 9894

İşçinin ezamiyyə xərclərini və müavinətlərini ödəməyən vəzifəli şəxslər cərimələnəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işçinin ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Oxşar xəbərlər

Qanuna dəyişiklik qüvvəyə mindi: YENİ RÜSUMLAR

Qanuna dəyişiklik qüvvəyə mindi: YENİ RÜSUMLAR

Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikd...

2824 Sosial 08:44 01 oktyabr 2021

Son xəbərlər