SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, hazırda tıxac olan yolların siyahısını təqdim edir:

Bakı–Sumqayıt şosesi – Xırdalan dairəsindən istiqamətindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti;

Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol;

Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində;

Zabrat şosesi - Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi - Heydər Əliyev prospekti - köməkçi yol istiqamətində;

Afiyəddin Cəlilov küçəsi - Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən Cavanşir körpüsünün üzəri istiqamətində;

Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində.

BAKU.WS