SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

BAKU.WS FED.az-a istinadən xəbər verir ki, «Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi» bu ilin sentyabrında işə düşəcək.

Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlüklə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı ailələr və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.

Həssas ailələr üçün müvəqqəti pul ödənişləri indiyədək mövcud olan sistem üzərindən həyata keçiriləcək.

Layihəyə əsasən ehtiyacı olanlar bununla bağlı onlayn müraciət edəcəklər. Bundan sonra həmin şəxslərin maddi və məişət şəraiti yoxlanılacaq. Bu layihə çərçivəsində 47 min ailəyə 3 ay müddətində ayda 225 manat (132 dollar) ödəniş veriləcək.

BAKU.WS