SİZİN REKLAM BURADA!
055 213 76 73


Yay mövsümü ərəfəsində Azərbaycanın paytaxtında iqlim avadanlıqlarına olan tələbat və təkliflərin sayı artmışdır. Statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin ilk üç ayında məişət kondisionerlərinin idxalı 1,6 dəfə artıb. O cümlədən, bu ilin 5 ayında yalnız Özbəkistandan Azərbaycana 2,4 mln. dollarlıq kondisionerlər tədarük olunub.

Tut.az pulsuz elanlar saytının Kondisionerlərin Satışı bölməsinə əsasən, kondisionerlərin quraşdırılması və təmiri üzrə mütəxəssislərin xidmətlərinə tələbat təxminən 40%, kondisionerlərin satışı ilə bağlı elanların baxışları 20-30%, satışlar isə 70% artıb.

Alıcılar zəmanətli və enerjiyə qənaət edən kondisionerləri üstün tuturlar. Kondisionerlərin qiyməti orta hesabla 500 manat təşkil edir. Əvvəlki illərdə olduğu kimi satış lideri Gree və Aux büdcəli kondisionerlərdir, amma digər brendlərə sabit tələbat mövcuddur.

Shivaki Electronics mağazasının müdiri Azər Nuriyevin sözlərinə görə, yay mövsümünün yaxınlaşması ilə əlaqədər kondisionerlərə olan tələbat hər mövsüm olduğu kimi yüksəkdir.

“May ayının sonlarında kondisioner satışlarının artdığı nəzərə çarpır. Ancaq satışın ən pik səviyyəsi iyunun sonları və iyulun ortasına qədər müşahidə olunacaqdır. Yayın qızmar günləri yaxınlaşdıqca bazarda təklif olunan məhsul qıtlığı yaranacağı təqdirdə qiymət artımı qaçılmaz olacaqdır. Müştərilər yayın əvvəlindən kondisioner sifarişlərini verməklə həm qənaət edə bilərlər, həm də sürətli çatdırılma və quraşdırılma xidmətindən yararlana bilərlər”, - A.Nuriyev qeyd etdi.

BAKU.WS