Bu çimərliklərdə suyun keyfiyyəti normaldır - SİYAHI

Bu çimərliklərdə suyun keyfiyyəti normaldır - SİYAHI
Sosial 467

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

İdarənin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib:

“Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.

Son xəbərlər