Bakıda kirayə mənzillər ucuzlaşıb

Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.
Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır.
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssisələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.
Mənzil kirayəsi, eyni zamanda alqı-satqısı ilə bağlı ətraflı məlumatları TUT.AZ saytından öyrənə bilərsiniz.
Oxşar xəbərlər
Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
Özümüzü ən yaxşı və rahat hiss etdiyimiz məkan, sözsüz ki, evimizdir. İstər tək və sakit həyat tərzi keçirmək istəyənlər, istər yeni evli cütlüklər, istərsə də...
