Yağış sularına qərq olmuş qəsəbə - VİDEO

26
noy
2020
17:42
Suraxanı rayon Dədə Qorqud qəsəbəsi 3 nömrəli küçədə hər dəfə yağış yağdıqdan sonra problemlər yaşanır.
Baku TV xəbər verir ki, hər dəfə yağışdan sonra yaranan kanalizasiya xəttinin daşması sakinlər üçün ciddi çətinliklər yaradır.
Qəsəbə sakinlərinin istifadə etdiyi yol tamamilə yararsız hala düşür.
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov Baku TV-yə məsələdən xəbərdar olduğunu bildirib.
Qeyd edilib ki, bu ərazilər 2019-2023-cü illər ərzində plana düşüb. Növbəti ildə həmin ərazidə işlərə başlanması nəzərdə tutulur.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...
