DSMF-dən noyabr ayı üzrə sosial müavinətlərin ödənilməsi bağlı açıqlama

21
noy
2020
12:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
Bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Oxşar xəbərlər
İyul ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi baş...
