SİZİN REKLAM BURADA!
055 213 76 73


“Amazon Prime” Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı “Sonsuz Dəhliz” sənədli filmini tamaşaçılarına təqdim edib.

APA-nın məlumatına görə, sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin, bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir.

Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri beş il davam edib.

“Sonsuz dəhliz” filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında “Ən Yaxşı Sənədli film”, rejisdor Aleksandras Brokas isə “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında “Ən yaxşı Uğur” mükafatını alıb.

Oskar mükafatlı aktyor Ceremi İronsun rol aldığı filmi “Emmy” mükafatı laureatı Gerald Rafşun istehsal edib.

Filmin prodüseri və rejissoru Aleksandras Brokas, son gərginləşmə və münaqişənin başlaması ilə əlaqədar olaraq filmin bugünkü aktuallığını şərh edib:

“Bu müharibə həm döyüş meydanında, həm də informasiya sahəsində aparılır. Saxta xəbərlər medianı bürüyüb. Hadisələrə dəqiq baxış üçün beynəlxalq, təcrübəli və müstəqil jurnalistlərin bizim kimi genişmiqyaslı araşdırma sənədli filmlər hazırlaması vacibdir. Bu, həm təcavüzkarların, həm də qurbanların perspektivlərini göstərmək baxımından da əhəmiyyətlidir”.

“Sonsuz Dəhliz” filmi 2015-ci ildə beynəlxalq debüt edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” məlumatlandırma kampaniyası ilə birlikdə təbliğ edilib.

Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyəti bu məlumatlandırma kampaniyasını geniş dəstəkləyib.

Qeyd edək ki, “Amazon” yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.

Filmin linkləri:

US: https://www.amazon.com/Endless-Corridor-Aleksandras-Brokas/dp/B01H0X6ZVC

UK: https://www.amazon.co.uk/dp/B08MCSTSSM

BAKU.WS
VİDEO