13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
 
Bu gün Azərbaycanda ailə institutunun inkişafında çətinliklər var. Bu da ailə dəyərlərinin zəifləməsinə gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu insan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ailəsində vəhdət hissinin yaradılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir: "Məsələn, uşaqların hərəsi bir kompüterin arxasına keçir, valideyn isə qəzet oxumağa başlayır. Beləliklə, ailədə vəhdət hissi pozulur. Bununla da ailə münasibətləri pozulur. Bu münasibətlər möhkəmlənməlidir".

E.Süleymanova bu gün Azərbaycan ailələrində bəzən uşaqlara qarşı ayrı-seçkiliyin olduğunu da deyib.

Onun sözlərinə görə, ailə-məişət zorakılıqlarının, qadına qarşı zorakılıqların kökündə ilk olaraq, qız uşaqlarına qarşı münasibət dayanır: "Bu gün ana bətnində dölün çinsini müəyyənləşdirmək olur. Kimsə qız övladının olmasını istəmirsə, ananı aborta məcbur edir, qız uşaqları elə ana bətnindəcə məhv edilir. Bunun özü də qadınlara qarşı zorakılıqların bir əlamətidir".

E.Süleymanova deyib ki, bu gün doğulan uşaqların 56 faizini oğlan, 44 faizini qız təşkil edir. Bunu heç də yaxşı göstərici və hal saymayan ombudsman bildirib ki, qız uşaqlarının ana bətnində məhv edilməsi həm də ölkədə demoqrafik duruma çox ciddi və mənfi təsirini göstərir.
 
BAKU.WS