"Youtube" Rj Roşka ilə Sevinc-Sevilin 1 MİLYON izlənən klipini sildi - YENİLƏNİB

Youtube Rj Roşka ilə Sevinc-Sevilin 1 MİLYON izlənən klipini sildi - YENİLƏNİB
Şou-biznes 4593
Xəbər verdiyimiz kimi, ötən gün "Youtube" videohostinqi Dj Roşkanın Sevinc-Sevil Səfərova bacıları ilə ərsyəyə gətirdiyi "Azəri Mashup 2"ni silmişdi. BAKU.WS-in məlumatına görə, qısa vaxtdan sonra isə Sevil və Sevinc bacılarının İT xidməti silinən videonu yenidən qaytarıb. Klip yenidən 1 milyondan çox baxış sayı ilə trenddə 1-cidir. *** 30.10.2018, 22:07"Youtube" videohostinqi Dj Roşkanın Sevinc-Sevil Səfərova bacıları ilə ərsyəyə gətirdiyi "Azəri Mashup 2"ni silib. Bu halın hansı səbəbdən baş verməsini öyrənmək üçün Dj Roşka ilə əlaqə saxladıq. Dj BAKU.WS-ə açıqlamasında bunun texniki problem olduğunu və klipin bir-iki günə bərpa olunacağını söylədi. Xatırladaq ki, klip qısa müddət ərzində 1 milyondan çox baxış sayı toplamışdı. "Azəri Mashup 2"də Elbrus və Fəqanın "Yaralım", Elton Hüseynləliyevin "Mənə bax", Aygün Kazımovanın "Orasına-burasına", Sevda Yəhyayevanın "Unut", Elçin Cəfərovun "Sənlə", Aygün Kazımova və Rəhim Rəhimlinin "Hər şey düzələr", İradə Mehrinin "Amma yenə də", Günay İbrahimlinin "Qətran", Nadir Qafarzadənin "Göndər" və Sevinc-Sevil Səfərovalarının "Səhv özündədir" mahnılarından istifadə olunmuşdu.Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər