Yazıçı Anar Eldar Həsənovla quda oldu (FOTO)
Ötən gün AYB sədri, xalq yazıçısı Anarın nəvəsi, Günel Anarqızının qızı Dənizin "Alov Qüllələri"ndə toy mərasimi baş tutub.
BAKU.WS axar.az-a istinadən məlumat verir ki, AYB sədrinin nəvəsi keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qardaşı oğlu Vüsal Həsənovla nikaha daxil olub.
Gənclərin toy mərasimində Eldar Həsənov, Fikrət Qoca da iştirak edib. Toyun ifaçıları xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, aparıcısı isə Nərgiz Cəlilova olub.
Qeyd edək ki, yazıçı Anarla Eldar Həsənovun uzun müddətdir dostluq əlaqələri var.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudov Londonda oğluna 30 milyonluq ev alıbmış
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli...