“Victoria Secret”in “mələk”ləri ehtiraslarına hakim ola bilməyib gecə klubunda öpüşdülər

13
mar
2018
16:27
Amerikalı tanınmış model Bella Hadidin belçikalı həmkarı Stella Maksvell ilə öpüşdükləri iddia edilib.BAKU.WS The Sun qəzetinə istinadən xəbər verir ki, 21 yaşlı model Londonda keçirilən dəfilədən sonra özəl bir gecə yığıncağında iştirak edib.Bella gecəyə 27 yaşlı rəfiqəsi ilə birgə qatılıb. “Victoria Secret”in “mələk”ləri spirtli içki qəbul etdikdən sonra ehtiraslarını cilovlaya bilməyib, öpüşməyə başlayıblar.Hadisə lentə alınmasa da, qəzetə yaxın bir mənbə cütlüyün artıq bir xeyli vaxtdır münasibətdə olduğunu iddia edib. Gecə klubundan çıxan cütlük sözügedən mövzu ilə bağlı verilən suallara cavab verməkdən boyun qaçırıblar. Bu addımları ilə eşq yaşadıqlarına dair xəbərlərin daha da güclənməsinə təsir göstəriblər.Rəşad ƏliyevBAKU.WS


Oxşar xəbərlər
“Victoria's Secret”in seksual mələklərindən yeni video (VİDEO)
Yeni il ərəfəsində "Victoria's Secret” brendinin növbəti video-çarx təqdim olunub. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, video-çarxda brendin yeni...