Türkiyədə məşhur serialların yayımı dayandırıldı

03
yan
2019
11:24
Türkiyədə seriallar 3 həftə ərzində yayımlanmayacaq. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, TRT kanalı istisna olmaqla telekanallar ortaq qərar qəbul ediblər. Bu haqda "Jet Sosyete" serialının ssenari müəllifi Gürse Birsel sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, buna səbəb həm reklam şirkətlərinin bu müddət ərzində seriallara pul ayırmaması, həm də ekran işini ərsəyə gətirən şirkətlərin sponsorlarla olan müqavilələrini yeniləməsidir. Artıq ötən gecə "Sen Anlat Karadeniz" serialının yeni bölümü yayımlanmayıb. Ekran işi 23 yanvar tarixində tamaşaçılarının görüşünə gələcək. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı reperin klipində Türkiyənin məşhur aktyorları yer aldı - VİDEO
Azərbaycanlı reper Jay Hun Türkiyədə "Aşk yakası" klipini ekranlaşdırıb. BAKU.WS-in məlumatına görə, ekran işində qardaş ölkənin tanınmış aktyorları Ferdi Kurtu...
