İstanbulda üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - VİDEO

28
may
2019
10:03
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.BAKU.WS xəbər verir ki, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdirliyi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız “Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Oxşar xəbərlər
Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib - FOTO
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Res...
