Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır
04
okt
2017
14:06
Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı olan Səba şirkəti istehlakçılarına bilavasitə xidmət göstərmək üçün öz mağazaları şəbəkəsini genişləndirir. Təkcəsentyabrda ölkənin müxtəlif bölgələrində 5 Səba ət-süd dükanı açılıb.“Biz Səba dükanları şəbəkəsini eyni templə genişləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bizə ölkənin hər yerindən Səba istehlakçıları mağazalarımızı onların da ərazilərində açmağımız barədə müraciət edirlər. Səba mağazaları təkcə istehlakçıların evlərinə yaxın sevimlibrend mağazası demək deyil. Bizim mağaza həm də davamlı iş yeridir. Biz satıcıları işə götürmək üçün onlara peşəkar təlimlər keçirik,müştəri məmnuniyyəti üçün tələb olunan keyfiyyətləri aşılayırıq” – Səba-dan bildiriblər.Təzə-təzə və hər evə yaxınKiçik məhlə dükanları prinsipi ilə əhaliyə ən yaxın ərazilərdə açılan Səba dükanlarının missiyası Səba ət və süd məhsullarının istehlakçılara təzə-təzə - müəssisədən çıxan məhsulun soyuma həddi keçmədən çatdırılmasını təmin etməkdir. Səba-nın başqa heç bir marketə vermətiyi təzə toyuq tikələri və içalatı, çəki ilə xama, kəsmik, süzmə, qaymaq kimi süd məhsulları bu dükanlarda təklif edilir. Səbəb isə çox sadədir – hər kəs öz ailəsinə lazım olan çəkidə Səba məhsulunu gündəlik, təzə-təzə və uzağa getmədən ala bilsin.Səba dükanlarını özəl edən səbəblərdən biri də brendin yüksək keyfiyyətə malik kolbasa və sosis məmulatlarının yalnız burada satılmasıdır.Dad və keyfiyət üçün ən müasir texnologiya - hava ilə soyutma sistemi Hava ilə soyutma sistemi Səba quşçuluq müəssisəsində tədbiq olunan ən müasir texnologiyalardandır. Əl dəymədən yolunub təmizlənmiş, içiçıxarılmış quşlar başı aşağı vəziyyətdə 39°C temperaturdan 0°C temperatura qədər soyuyanadək hava axını altında fırlanır. 2015-ci ildən hava ilə soyutma texnologiyasını tətbiq etməklə, Səba quş ətinin tərkibində su qalma ehtimalını sıfıra endirib. Bu texnologiya Səba-ya yalnız toyuğun öz xalis kütləsinin saxlamağa və istehsal etdiyi quş ətinin dadını və yüksək keyfiyyətini saxlamağa imkan verir.Hər yenilikdə bir faydaSəba-dan əlavə ediblər ki, hər yeni Səba mağazası müştərilərinə xüsusi təkliflərlə açılacaq.
Oxşar xəbərlər
Ölkənin ən iri qarğıdalı istehsalçısı nə qədər məhsul yığdı?
“Səba» şirkəti qarğıdalı yığımını başa çatdırıb. Şirkət, hər il olduğu kimi, bu il də qarğıdalı yığımından yüksək məhsul əldə edib. Səba sahələrinin hər hektarı...