İntihar edən müğənninin anasının fəryadı - VİDEO

16
may
2018
09:57
"Azərbaycanın səsi" mahnı yarışmasının 26 yaşında intihar edən qalibi Elvin Orduxanlının anası dünən ürəkləri dağlayan sözlərilə hər kəsi ağladıb.BAKU.WS -in məlumatına görə, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində son günlərin aktual mövzusu - intiharlar müzakirə olunub. Mövzuya uyğun olaraq 12 dekabr 2015-ci ildə yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edən E.Ordubadlının anası çağırış edib. Gözü yaşlı ana fəryad edərək hər kəsə səslənib: "Üzümü tutub bütün övladlara yalvarıram, anaları mənim günümə qoymayın. İki il yarımdır Cəhənnəmi yaşayıram. Qəbiristanlıq yollarındayam. O yollarda məni tanımayan yoxdur. Balamın qəbrini hər gün bir cürə bəzəyirəm". Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
Ucar sakini intihar edib
Ucar sakini intihar edib.Bu gün Heydər Əliyev prospekti, ev 87, mənzil 5-də yaşayan şəhər sakini, 1957-ci il təvəllüdlü Gündüz Fəfxan oğlu Fəfxanov özünü yaşadı...