Narkotik əməliyyatları davam edir: İki məşhurda narkotik maddə aşkarlandı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları davam edir. Bu dəfə əməliyyat çərçivəsində saxlanılıb daha sonra sərbəst buraxılan Barış Murat Yağcı və müğənni Reynmenin narkotik test nəticələri açıqlanıb.
BAKU.WS xəbər verir ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində xaricdə olduğu üçün barəsində axtarış qərarı çıxarılan Barış Murat Yağcı, Dominikan Respublikasında keçirilən "Survivor Türkiye" yarışmasından qayıdan kimi hava limanında saxlanılmışdı. O, Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilərək nümunə təqdim etmiş, daha sonra isə sərbəst buraxılmışdı.
Həyata keçirilən əməliyyat çərçivəsində ifadəsi alınan Barış Murat Yağcının narkotik testi mənfi çıxıb.
"Reynmen" ləqəbi ilə tanınan Yusuf Aktaşın da test nəticəsi açıqlanıb. Onun saçından götürülən nümunədə marixuana və kokain maddələri aşkarlanıb.
"Çakal" ləqəbi ilə tanınan repçi Emirhan Çakal da eyni istintaq çərçivəsində saxlanılan və Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunəsi verdikdən sonra sərbəst buraxılıb.
Emirhan Çakalın narkotik testi də Yusuf Aktaşınkı kimi müsbət çıxıb. Onun nümunələrində də marixuana və kokain maddələri aşkar edilib.
Xatırladaq ki, narkotik əməliyyatları çərçivəsində Hasan Can Kaya, Yusuf Aktaş (Reynmen), Emirhan Çakal, Mazlum Aktürk, Mert Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Berkcan Güven və Fırat Yayla da saxlanılmış, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdılar.
Digər tərəfdən, istintaq çərçivəsində Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı barəsində xaricdə olduqları üçün axtarış qərarı çıxarılmışdı.
Barəsində axtarış qərarı verilən İbrahim Tilaverin xəstəxanadakı müalicəsindən sonra saxlanılacağı, Eray Durmuşun isə axtarışda olduğu bildirilib.
Oxşar xəbərlər
Sıla Türkoğlu sevgilisi ilə evlənir
Məşhur aktrisa Sıla Türkoğlu ailə quracaq. BAKU.WS xəbər verir ki, o sevgilisi Ata Ayyıldız ilə yaxın zamanlarda nikah masasına əyləşəcək. Cütlüyün nikahı ilk...