"Narkotik aludəçisi, biznesmenlə sevgili..." - Damla danışdı (VİDEO)

Narkotik aludəçisi, biznesmenlə sevgili... - Damla danışdı (VİDEO)
Video
Şou-biznes 4225
Müğənni Damla bir müddət əvvəl adının hallandığı intim video qalmaqalından danışıb. BAKU.WS-in məlumatına görə, Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olan ifaçı bunları deyib: "Müğənnilər bir ana, övlad kimi arxamda dayandılar. Haqlıykən, haqsız durumda idim. Abırlı susar, abırsız susdurdum deyər. Övladımla mənim aramda ana-bala münasibətindən başqa dostluq var. Hər şeyi ona başa salıram. Bu dəfə bilmirdim nə yazım. Mənə bayağıdır, zövqsüzdür, oxuya bilmir, İnstaqramı saxtadır dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi dedilər. Damla kimdənsə övlad dünyaya gətirəcək dedilər. Gördülər ki, insanlara qəbul etdirə bilmirlər. Bu ən sonuncu və rəzil variant idi. Bundan sonra nə edəcəklər". BAKU.WS

Son xəbərlər