Namiq Qaraçuxurlu: "Aygün mənim nə savabımdır, nə də günahım" - VİDEO

"Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışlamaram".
BAKU.WS xəbər verir ki, bu sözləri Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışında qonaq olan meyxana ustadı Namiq Qaraçuxurlu deyib.
Həyatı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirən meyxanaçı Xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb:
“Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, bir kişinin bunu insanlar arasında danışmağı doğru deyil”.
“Meyxanaçı olmasaydım, siyasətlə məşğul olardım. Bəlkə də millət vəkili olardım”, - deyən N. Qaraçuxurlu siyasi proseslərə marağından da bəhs edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...