“Mənimlə eşq yaşamaq istəyən məmura yox dedim, o da məni...” – Azərbaycanlı teleaparıcı - MÜSAHİBƏ

“Mənimlə eşq yaşamaq istəyən məmura yox dedim, o da məni...” – Azərbaycanlı teleaparıcı - MÜSAHİBƏ
Şou-biznes 11288
BAKU.WS saytının növbəti qonağı tanınmış teleaparıcı Lətafət Ələkbərovadır.Müsahibədə göstərdiyi dəstək üçün “The Gallery Art Cafe”yə təşəkkürümüzü bildiririk.- Lətafət xanım, bir ara efirlərdən kənarda qaldınız. Bunun özəl bir səbəbi var idi, yoxsa..?Əslində, beə bir səbəb yox idi. Sadəcə olaraq, müəyyən təkliflər var idi ki, onları dəyərləndirirdim. Nəticə etibarilə indi məni “Xəzər” TV- də görürsünüz. Şükür Allah hər şey öz qaydasında gedir. İşimdən çox razıyam. - İkinci dəfə ailə qurmaq fikriniz yoxdur?Bu məsələləri daha çox qismətlə bağlayıram. Əgər qismətdirsə, olacaq. Qismət deyilsə, əksinə.
- Bəs hal-hazırda sizin qəlbinizi fəth edən bir şəxs varmı?Məsələ elə budur da... (gülür). Elə bir adam hələ ki qarşıma çıxmayıb. Hər şeyi maddiyata bağlamaq olmaz. Elə bir insan olmalıdır ki, mənə qayğı göstərsin, həmişə diqqətdə saxlasın. Bu keyfiyyətlərə sahib olan insanı tapmaq indi çox çətindir. - Keçmiş həyat yoldaşınızla əlaqəniz qalıb?Əlaqəmiz tamamilə kəsilib. Onun həyatı tamam ayrı, mənimki ayrı. Ünsiyyətimiz heç yoxdur.- Sizdən sonra ailə qurması barədə xəbərlər dolaşdı...Bəli, artıq üçüncü dəfə evlənib. - Qızınızı da itirib-axtarmır?Qətiyyən, nə qızımı, nə də məni.
- Demişdiniz ki, onunla ayrılmağınızın səbəbi xəyanət olub. Hətta onu başqa bir qadınla bir yerdə tutduğunuzu etiraf etmişdiniz. Maraqlıdır, həmin an hansı hisləri keçirtdiniz. Dərhal “hər şey bitti” dediniz?Həmin hisləri ifadə etmək mənim üçün bir az çətindir. Evə gəldim, dedim ki, bitdi. Boşanıram. Bəlkə də ona bir şans verə bilərdim. Amma şükürlər olsun ki, o şansı verməmişəm. Nə yaxşı ki, vaxtında ondan ayrılmışam. - Gənc, gözəl və cazibədar xanımsınız. Sizə göz qoyanlar az deyil olmaz. Üstəlik də məşhur biri oldunsa, tez-tez “hədəf”ə düşürsən. Heç olubmu ki, sizə məmurlardan, yaxud da vəzifəli şəxslərdən hansısa biri təklif göndərib və siz o təklifə “yox” demisiniz?Sözün düzü, belə təkliflər çox olub. Amma mən belə iyrənclikləri qəbul edə bilmirəm. Evimə çörək aparıramsa, halal olmalıdır. Sizə bir şey deyim, hətta bir dəfə bir məmur mənə təklif gondərmişdi. Ona qəti surətdə “yox” dedim və mənimlə prinsipə düşdü. Efirlərə tapşırtdırmışdı ki, Lətafəti buraxmayın. Məni efirlərdən uzaqlaşdırmağa çalışırdı. Amma mən bu maneəni özüm keçə bildim. - Deməli, güclü xanımsınız...Elədir, özümü mənəvi baxımdan həmişə güclü hiss etmişəm.- Bəs o gücünüzə güc qatan kimdir indi?Rəhmətlik anamdan sonra müəyyən boşluqlar hiss etməyə başladım. Elə bil, hələ də yuxudayam. Düzdür, ananın yerin verməsə də, qızım indi mənə çox böyük güc və dəstək verir. Mən də onun yaxşı yaşamağı üçün əlimdən gələni edirəm.
- Yeri gəlmişkən, qızınız gələcəkdə hansı peşəyə yiyələnmək istəyir?Qızımın gözəl səs imkanları var. Hal-hazırda Fidan Hacıyevanın tələbəsidir. Qismət olsa, onun məhz opera səhnəsində uğurlarını görməyi çox istərdim.- Allah arzunuza çatdırsın... Lətafət xanım, bu gözəlliyi qoumaq üçün nələr edirsiniz?Vallah, desəm ki, elə də ciddi bir şeylər etmirəm, inandırıcı olmaz bəlkə də. Sadəcə olaraq, düzgün qidalanmğa çalışıram, idmanımdan qalmıram və zaman-zaman müəyyən üz maskalarından istifadə edirəm ki, bunlardan da xanımlarımızın çoxu yararlanır. Belə isə qeyri-adi heç nə etmirəm. - Bilirik ki, qısa ətəklərdən çox istifadə etmirsiniz. Halbuki, vücudunuz buna imkan verir.Elədir, mən müəyyən yerlər olur ki, oraya məhz qısa ətəkdə gedirəm. Amma məndə vulqar görünmür. Görünsə, qətiyyən istifadə etmərəm. Ümumilikdə isə düşünürəm ki, bir xanım nə qədər örtülü olsa, daha gözəl, daha maraqlı olar.- Gərgin iş rejimindən sonra, yəqin ki, əsəbi vaxtlarınız çox olur. Məhz o məqamlarda nə edirsiniz?Çoxlu yemək yeyirəm (gülür). - Bəs hirsinizi kimdən çıxardırsınız?Qızım yanımda olduğuna görə onun üstünə düşürəm.
- Elə bir məqam olubmu ki, küsülü olduğunuz hansısa bir müğəniyə görə hansısa bir məclisinizdən imtina edəsiniz? Yəni ki, o, oradadırsa, mən məclisdə aparıcılıq etəməyəcəm və s.Mən-hazırda heç bir şou-nümayəndəsi ilə küsülü deyiləm. Çünki heç kimlə işim yoxdur. Hətta kiçik inciklik olsa da, mən şəxsi münasibəti işə qatmıram. Tamaşaçıya kiminləsə münasibətimin pozulduğunu hiss etdirmirəm. Amma ümumilikdə götürsək, heç bir müğənni, ya da aparıcı ilə aramda inciklik yoxdur. Hər şey əladır...Söhbətləşdi: Niyam Şirinov, Cavidan AbdullayevFoto: Gulam Ali: https://www.instagram.com/gulamcanon/Məkan:https://www.facebook.com/thegalleryartcafe/

Son xəbərlər