Milyonluq evinin görüntülərini paylaşan Petek onu Rza Zərrabın almadığını sübut etdi - FOTO

Adı iranlı iş adamı Rza Zərrabla eşq qalmaqalında hallanan müğənni Petek Dinçöz yeni paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında ona hazırda yaşadığı Mayamidəki evini tapan və mənzilinin kreditini təsdiqləyən Antonny Basarana təşəkkür edib.
Bununla da sənətçi hazırda yaşadığı milyonluq evi özünün aldığını sübut edib.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Peteyin oğlu Aslanla qaldığı malikanənin iranlı iş adamı Rza Zərrabın alması ilə bağlı xəbərlər yayılıb. Petek Dinçöz bir neçə həftə əvvəl 2014-cü ildə evləndiyi iş adamı Serkan Kodaloğlundan boşanaraq Amerikaya köçüb.
Dinçözün Amerikaya Rza Zərraba görə getdiyi və onların eşq yaşadığı iddia olunub. Daha sonra Zərrabın vəkili Şeyda Yıldırım yayılan məlumatlara açıqlama gətirib. O, Dinçözün sırf oğlu üçün Mayamiyə köçdüyünü bildirib.
Qalereya
Oxşar xəbərlər
Rza Zərrab Petek Dinçözə 700 min dollara ev alıb - İDDİA/VİDEO
Son günlər mətbuatda müğənni Petek Dinçözün iran əsilli iş adamı Rza Zərrabla sevgili olduğu və ona görə Mayamiyə köçməsi ilə bağlı şayiələr yayılıb. BAKU.WS x...
