İmicini dəyişən Vüsalə Səidin yeni iş yeri - FOTOLAR

İmicini dəyişən Vüsalə Səidin yeni iş yeri - FOTOLAR
Şou-biznes 4128
Tanınmış xəbər aparıcısı Vüsalə Səid Əyyubqızının yeni iş yeri bəlli olub. BAKU.WS xəbər verir ki, V. Səid Əyyubqızı bundan sonra İTV-də aparıcılıq edəcək.Saytımıza açıqlama verən aparıcı bildirib ki, bir müddət əvvəl "Lider TV"dən ayrılmasının səbəbi “Sinemanın Kral və kraliçası” layihəsi ilə bağlı olub. Belə ki, o, sözügedən layihənin Azərbaycan nümayəndəliyinin rəhbəridir və tez-tez ölkə xaricində olur. Vətənə qayıtdıqda aparıcı İTV-dən aldığı təklifi dəyərləndirib. V. Səid Əyyubqızı artıq orada işə başlayıb. Aparıcı xarici görünüşündə də dəyişiklik edib. O, sarı saçlarını təbii qara rənginə qaytarıb.Qeyd edək ki, V. Səid Əyyubqızı bu vaxta qədər "Lider TV"də və Azərbaycan Televiziyasında çalışıb. O, bir müddət əvvəl həyat yoldaşı ilə Türkiyənin “Ben bilmem, eşim bilir” şousuna qatılaraq, qalib gəlmişdi. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Tanınmış aparıcı hər kəsi aldatdı - VİDEO

Tanınmış aparıcı hər kəsi aldatdı - VİDEO

Bir neçə gün əvvəl aparıcı Azər İsmayılov oğul övladı olması ilə bağlı xəbər yayıb.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində körpə...

11149 Şou-biznes 17:10 24 may 2018

Son xəbərlər