Məşhur modellərdən mənfi 15 dərəcədə bikini şou (FOTO)
Məşhur modellər Türkiyənin Antalya şəhərində mənfi 15 dərəcə soyuqda alt paltarları nümayiş etdirib.
BAKU.WS-in məlumatına görə, Antalyada yerləşən "Qar Dünyası Əyləncə Mərkəzi"ndə baş tutan bikini çəkilişində maraqlı görüntülər ortaya çıxıb. 7 model təqdimat üçün kamera qarşısına keçib.
Bir bikini markasının 2016-cı il üçün alt paltarı təqdimatı üçün kamera qarşısına keçən modellər süni qarla dolu mərkəzdə soyuğa baxmadan pozlar verib. Çəkilişə Ayran Əlioğlu, Lazayet Yeleşeva, Ulyana Tarasyuk, Alina Kim, Şakida Şamsiyeva, Viktoria Sançez və Alena Sereqina qatılıb. Çəkilişlər düz iki saat davam edib.
40-dan çox yeni bikininin tanıtıldığı çəkilişlərə soyuq olduğu üçün tez-tez fasilələr verilib. Modellər çay içərək qızınmağa çalışıb. Çəkilişdən sonra qartopu oynayan modellər, xizəklə sürüşməyi də yaddan çıxarmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Məşhur kök modeldən cazibədar fotosessiya
Kök model Eşli Qrem yeni fotosessiya etdirib. BAKU.WS məlumat verir ki, 27 yaşlı "Plus-size" model kimi tanınan Eşli "Forever 21" brendinin çimərlik geyimləri...