Məşhur reperin ölüm səbəbi AÇIQLANDI

Məşhur reperin ölüm səbəbi AÇIQLANDI
Şou-biznes 627

Tanınmış reper Paşa Texnik ağır dozada qadağan olunmuş maddələr qəbul etdikdən sonra üç kritik vəziyyətin inkişafına səbəb olan ağır zəhərlənməyə məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "MSK1.ru"ya rusiyalı həkim Vasiliy Şurov bildirib. 

Onun sözlərinə görə, Paşada sətəlcəm, çoxorqan çatışmazlığı və yayılmış damar içi laxtalanma sindromu (DİK-sindrom) aşkarlanıb. Bu kombinasiyanın isə sağ qalmaq üçün demək olar ki, heç bir şansı olmur.

Tibbi ekspertin rəyinə əsasən, belə vəziyyətdə müsbət nəticə ehtimalı çox aşağı idi. Faciəvi son 4 aprel, cümə günü baş verib – reper Tailanddakı klinikalardan birində vəfat edib. Ölüm anında onun cəmi 40 yaşı var idi.

Həkim Şurov kritik vəziyyətin inkişaf mexanizmini belə izah edib: "Ağır dozada qəbuldan sonra o, qusma zamanı aspirasiyaya məruz qalıb. Bu həyati təhlükəli vəziyyətdə reper bir müddət ev şəraitində, vaxtında tibbi yardım almadan qalıb.

Təcili yardım çağırılanadək o artıq çoxorqan çatışmazlığı və sepsis vəziyyətində idi və taylandlı həkimlərdən möcüzə gözlənilirdi. Lakin möcüzə baş vermədi".

Narkoloq vurğulayıb ki, Tailandda tibb personalı reperin həyatını xilas etmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Ən müasir texnologiyalar – ekstrakorporal membran oksigenasiyası cihazı, kardiyotoniklər, infuzomatlar və antibiotiklər işə salınıb.

Lakin mütəxəssisin sözlərinə görə, bəzən elə vəziyyətlər olur ki, heç nə etmək mümkün olmur.

Son xəbərlər