Masonların bilinməyən gizli sirləri
Masonlar dünyanın ən qapalı və dini baxımdan ziddiyyətli qrupu hesab edilirlər. Mason təşkilatı bir neçə yüz ildir fəaliyyət göstərir və onların dəqiq saylarını heç kim bilmir. Bu baxımdan vaxtaşırı masonlar ətrafında spekulyasiyalar baş alıb getməkdədir. Xüsusi ilə bəzən "azad bənnalar" adlandırılan masonlar barədə ağlasığmaz əfsanələr dolaşır. Buna da səbəb masonların özlərinə məxsus gizli qanun-qaydalarının olmasıdır. Məsələn, son zamanlar məlum olub ki, masonlar heç vaxt biri-birlərinin əleyhinə ifadə vermirlər. Hətta təşkilata üzv günahkar olsa belə, onu müdafiə edir və bu məqsədlə lazım gələndə yalan belə danışırlar. Masonlar bunu yalan danışma, həqiqəti gizlətmə hesab etsələr də, onlar üçün ən böyük günah özününküləri müdafiə etməmək sayılır.
BAKU.WS yeniavaz.az-a istinadən bildirir ki, masonların digər bir sirri onların əl-ələ görüşməsi ilə bağlıdır. Düzdür, masonların bir hissəsi əllə görüşmə ilə bağlı faktın sirr olmasını inkar edir. Ancaq onların əl-ələ görüşməsi həqiqətən də digər insanlardan fərqlidir və onun mənası sirr olaraq qalır. Əlsıxma zamanı işlədilən bəzi ifadələr var ki, masonlar bunu ancaq ağır vəziyyətə düşəndə, yardıma ehtiyac duyanda işlədirlər. Məsələn, masonların xaç atası Cozef Smit belə bir ifadəni yalnız ölüm qabağı işlətmişdi.
Masonlar arasında bir neçə gizli parol mövcuddur. Bu çoxlarına məlum olsa da, ictimaiyyət arasında onların arasında yalnız bir parolun olduğu fikri geniş yayılıb. Əslində isə masonlar arasında müxtəlif vəziyyətləri əks etdirən fərqli parollar var. Məsələn, gizli sirrin son sözünü bilən mason üzvünün mərasim zamanı öldürülməsindən sonra, onlar bu sözü sıravi üzvlər üçün nəzərdə tutulan "mor-bon-zi" ilə əvəz etdilər. Amma hazırda bu sirli sözü yalnız bir neçə adam bilir. "Tu-bal-kayn"masonlar arasında yayılan və ən çox işlədilən gizli parollardan biri hesab edilir.
Masonlar öz rituallarını ən gözəl hesab etsələr də, onların atributlarından biri ilgəkli kəndirdir. Bu ilgəkli kəndirin susmağa çağırması, sirri qoruyub saxlamağa xidmət etməsi və bununla bağlı xəbərdarlıq siqnalı ola bilməsi ehtimal edilir. Amma masonlar ilgəkli kəndiri göbəkbağı simvolu kimi qələmə verirlər.
Masonlar belə hesab edirlər ki, Şərq inkişaf simvoludur. Onlar göydə hərəkət edən Günəşə tərifilər yağdırırlar. Mason lojaları da buna uyğun olaraq Şərqdən Qərbə istiqaməti əsas götürüblər. Məqsəd bu yolla günəş enerjisindən özlərinin məqsədləri üçün istifadə etmək, bu prosesi nəzarət altında saxlamaqdır.
Masonlar arasında ateistlər yoxdur. Ateist heç vaxt mason ola bilməz. Masonluğun ilk tələbi ona üzv olmaq istəyn şəxsin hansı dinə mənsub olmasından asılı olmayaraq onun ali iradə sahibinə-Allaha inanmasıdır. Amma ateistlər kimi qadınların da mason üzvü olmasına qadağa qoyulub.
ABŞ dollarında piramidanın başında "hər yeri görən göz"ü aşkar etmək heç də çətin deyil. "Hər yeri görən göz" masonların simvolu hesab edilir. Piramidanın altında isə masonların devizi yazılıb: "yeni dünya nizamı". Mason simvolunun dollarda əksini tapması təsadüfi deyil. Vaxtı ilə dolların dizaynını hazırlayan komitənin üzvü olan prezident Bencamin Franklin də mason olub və bu simvol onun təklifi əsasında ABŞ milli valyutasının üzərində əksini tapıb.
2011-ci ildə Norveçdə kütləvi qətllər törədən Anders Breyvik də Oslodakı müqəddəs Olaf mason lojasının üzvü olub. Ancaq bu qətldən sonra dərhal onu mason sıralarından xaric ediblər.
Masonlar kosmosun öyrənilməsində önəmli rol oynayıblar. Bəziləri belə ehtimal edilər ki, masonlar dünyaya ağlaıq etmək üçün Ayı məskunlaşdırmaq istəyirlər. Aya ilk astronavtın çıxarılmasına xidmət edən "Apollon" proqramının da təşəbbüskarının masonlar olduğu söylənilir. Aya ilk dəfə ayaq basan Bazz Oldrinin də mason olduğunu çoxları bilir. Masonların öz rituallarında istifadə etdikləri bayrağın Aya çıxarıldığı və sonra geriyə gətirildiyi məlumdur.
Masonların əsas məqsədlərindən biri də siyasəti və maliyyə sahəsini nəzarət altında saxlamaqdır. Bu məqsədlə onlar öz adamlarını dünyanın hər yerində mühüm siyasi postlara və maliyyə sistemlərinə yerləşdiriblər. Məsələn, İngiltərənin bank, maliyyə sahəsində, o cümlədən siyasi strukturlarında yarım milyondan yuxarı mason işləyir. Hətta İngiltərədəki əksər ali məktəblərə və xəstəxanalara nəzarət də masonların əlindədir.
Oxşar xəbərlər
Qızını zəncirləyən ata ilə bağlı tükürpədən faktlar ORTAYA ÇIXDI - VİDEO
İmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açı...