İlkin Həsəninin toyudur - VİDEO/FOTO (EKSKLÜZİV)

İlkin Həsəninin toyudur - VİDEO/FOTO (EKSKLÜZİV)
Video
Şou-biznes 63930

Bu gün tele-aparıcı, "Bozbaş pictures”in layihə rəhbəri olan İlkin Həsəninin toy günüdür.

BAKU.WS xəbər verir ki, toy mərasimi Park Meridian sarayında keçirilir. İlkin Həsəni Aysel adlı xanımla ailə həyatı qurur. Cütlüyün nişanı ötən il baş tutub. Toyda şou-biznes nümayəndələri, tanınmış simalar iştirak edir. 

Məlumat üçün bildirək ki, İlkin Həsəni 2001-ci ildən Azad Azərbayan Televiziyasında çalışmağa başlayıb. 106 Fm radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayan İlkin Həsəni 1 ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verlişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir. 

BAKU.WS kollektivi adından bəy və gəlini təbrik edirik. 

Oxşar xəbərlər

İlkin Həsəninin toy axşamı məclisindən görüntülər (VİDEO, FOTO)

İlkin Həsəninin toy axşamı məclisindən görüntülər (VİDEO, FOTO)

Aparıcı İlkin Həsəninin toyundan bir gün öncə dostlarını başına yığıb. BAKU.WS-in məlumatına görə, Mərdəkanda "Qoşa Qala" restoranında baş tutan məclisdə İlki...

16088 Şou-biznes 09:24 24 aprel 2017

Son xəbərlər