Lalə Azərtaş; "Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən" - VİDEO

“Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin ötən buraxılışı müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, buna səbəb proqramın aparıcısı Lalə Azərtaşın səsləndirdiyi fikirlər olub.
Verilişdə ayrılan və boşanan cütlüklərdən danışarkən Lalə müzakirələr yaradacaq sözlər söyləyib:
"Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.
Aparıcının bu fikirləri səsləndirdiyi görüntülər sosial platformalarda paylaşılaraq qınaq obyektinə çevrilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...