“Hüseyn Dərya ilə Anar Nağılbaz həmin gecə orada idilər” - FOTO

08
avq
2018
15:02
“Avqustun 4-də qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz ilə məşhur reper Hüseyn Dərya arasında düşmənçilik olmayıb. Sadəcə onların arasında inciklik olmuşdu”.Bu açıqlamanı Azərbaycanın tanınmış təşkilatçı-prodüseri Samir Xəttab BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hər iki reper ilə dost olub.“Həm Hüseyn Dərya, həm də Anar Nağılbaz ilə 2002-ci ildən dostluq edirdim. Arzum idi ki, onların ikisinin də iştirak etdiyi konsert təşkil edim. 2011-ci ilin yay ayında “Maşın şou” keçiriləndən sonra hər ikisilə razılığa gəldim. Beləliklə də, Nabranda konsert təşkil etdim. Həmin gecə onların ikisi də orada idi”, - deyə Samir Xəttab bildirib.Onun sözlərinə görə, heç kim inanmırdı ki, onların birlikdə konsertdə iştirak edəcəklər: “Buna heç kim inanmırdı. Lakin konsert baş tutdu və həm Hüseyn Dərya, həm də Anar Nağılbaz həmin konsertdə iştirak etdi”.Cavid BabayevBAKU.WS


Oxşar xəbərlər
“İçdən çürüyən cəmiyyət indi ona rəhmət diləyir” – Nadir Nəğd Pul Anar Nağılbazla görüşə bilmədi...
Xəbər verdiyimiz kimi, qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz son mənzilə yola salınıb. BAKU.WS-in məlumatına görə, dəfndə reper Nadir Nəğd Pul da...
