Həkim səhvi «O ses çocuklar»ın iştirakçısının həyatına son qoydu - VİDEO
31
okt
2018
14:30
2014-cü ildə Türkiyədə yayımlanan "O ses çocuklar" mahnı müsabiqəsində iştirak edən gənc ifaçı dünyasını dəyişib. BAKU.WS-in Hürriyet-ə istinadən məlumatına görə, Nazar Nur Kayanın vəfat etməsi barədə məlumatı həmin verilişin digər iştirakçısı Şahin Kendirci yayıb.Verilişin münsiflər kürsüsündə əyləşən müğənni Hadisə də Nazarla bağlı təsirli paylaşım edib. O, qızın şəklini paylaşaraq Allahdan ona rəhmət diləyib.Qeyd edək ki, Nazar Nur Kaya mədə ağrısı ilə müraciət etdiyi xəstəxanada 6 gün müalicə aldıqdan sonra dünyasını dəyişib. İlkin məlumata görə, onun ölümünə səbəb həkim səhvi olub. Mərhum Nazar Nur Kayanın 14 yaşı var idi. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı cərrah Taryel Ömərovun barəsində araşdırma başladı
Səhiyyə Nazirliyi “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan 1 ay sonra dünyasını dəyişmiş 34 yaşlı Samir D...