Günün ulduz falı - 13 noyabr

Günün ulduz falı - 13 noyabr
Şou-biznes 2260
BAKU.WS 13 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - yeni işlərə başlamaq üçün uğurlu gündür. Yaxşı xəbər alacaqsınız. Səhhətinizə fikir verin. Alkoqollu içkilər qəbul etməmək məsləhət görürülür. Buğa - səyahət etmək, fiziki iş görmək üçün əlverişli gündür. Bu gün başlanılan istənilən iş uğurlu olacaq. Yeni tanışlıqlar gözlənilir. Əkizlər - maddi çətinliklər yaşayacaqsınız. 100 ölçüb, 1 biçin. Alış-veriş zamanı diqqətli olun. Xoş münasibətdə olmadığınız insanlardan uzaq durun. Xərçəng - işgüzarlığınız rəhbərliyin diqqətini cəlb edəcək. Karyeranızda yüksəlişlər gözlənilir. Xoş xəbərlər alacaqsınız. Şir - komanda işləri üçün uyğun vaxtdır. İş görüşlərində diqqətli olun. Tərəfdaşlarınız sizi aldada bilər. Günün ikinci yarısında istirahət edin. Qız - uğurlu gündür. İstənilən işə başlaya bilərsiniz. Əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcəksiniz. Sevgi münasibətlərinizdə yeniliklər gözlənilir. Tərəzi - bacardığınız qədər yeni tanışlıqlardan yan qaçın. Səhhətinizdə ciddi problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın. Əqrəb - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.Oxatan - oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.Oğlaq - səhər saatlarından etibarən tələskənlik etməyin. Bəzi məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha əfzəldir. Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin reallaşdırılmasına başlamayın.Dolça - güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın.Balıqlar - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bazar gününün ulduz falı - 11 noyabr

Bazar gününün ulduz falı - 11 noyabr

BAKU.WS 11 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - uğurlu gündür. Hər şey qaydasında olacaq. İstənilən işin öhdəsindən asanlıqla gələcəksiniz. Buğa - çət...

1113 Şou-biznes 00:02 11 noyabr 2018

Son xəbərlər