Günel Zeynalova: "Belə şərəfsizlər həddini bilməlidir" - FOTO

Günel Zeynalova: Belə şərəfsizlər həddini bilməlidir - FOTO
Şou-biznes 868

Müğənni Günel Zeynalova musiqiçi Onur Şenerin qətlə yetirilməsinə etiraz edib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Onur Şenerin şəklinin paylaşaraq musiqiçinin həyatının itirməsinə sərt şəkildə reaksiya göstərib.

Baş vermiş bədbəxt hadisəyə görə kədərlənən Zeynalova "İstək mahnını bilmədiyi üçün öldürülən musiqiçi Onur Şenerə Allahdan rəhmət diləyirəm. Musiqiçilər hər mahnını bilməyə məcbur deyil. Ancaq belə şərəfsizlər həddini bilməlidir. Çox üzüldüm" sözlərini yazaraq onu öldürənlərə etiraz edib.

Xatırladaq ki, ötən gün Ankaranın Çankaya ərazisindəki məkanlardan birində çıxış edən Onur Şener 3 şəxs tərəfindən qətlə yetirilib. Onun öldürülməsinə səbəb sifariş edilən mahnını bilməməsi olub.

Son xəbərlər