Eks- deputatın qızı əcnəbiyə ərə getdi - Foto

Eks- deputatın qızı əcnəbiyə ərə getdi - Foto
Şou-biznes 13667

Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızı Mənzər Hacıyevanın toyu olub.

"Qafqazinfo” xəbər verir ki, "Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub. Cütlüyün toyu İstanbulda, Çırağan sarayında baş tutub.

Cütlüyün nişan mərasimi ötən ilin yayında keçirilmişdi.

Qeyd edək ki, Saşa Sebbax Ekologiya və Bərpa Olunan Enerji Mənbələri sahələri üzrə peşəkar mütəxəssisdir. Mənzər və Saşa bir neçə il öncə Parisdə tanış olublar.

Xatırladaq ki, Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibidir. Baş katib seçildikdən sonra deputat mandatına xitam verilib. Asəf Hacıyevin 3 övladı var.

BAKU.WS

Oxşar xəbərlər

Eks deputatın qızı ilə evlənən müğənninin toyundan yeni görüntülər yayıldı (VİDEO)

Eks deputatın qızı ilə evlənən müğənninin toyundan yeni görüntülər yayıldı (VİDEO)

Müğənni Elçin Cəfərovun toyundan yeni görüntülər yayılıb. BAKU.WS bildirir ki, toydan görüntüləri fotoqraf Cəlal Kəngərli Facebook səhifəsində paylaşıb. Video...

2241 Şou-biznes 11:50 20 iyun 2016

Son xəbərlər