Ebru Gündeşin Bakı konserti ətrafında qalmaqal səngimək bilmir - VİDEO

Ebru Gündeşin Bakı konserti ətrafında qalmaqal səngimək bilmir - VİDEO
Video
Şou-biznes 1684
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin noyabrın 3-də Bakıda baş tutacaq konserti ətrafında qalmaqal səngimək bilmir. Bəzi media saytları konsertə akkredetasiya almadıqları üçün həqiqətə uyğun olmayan yazılar dərc etməkdə davam edirlər. Konsertin təşkilatçısı "A.M. Prestige Production"-un direktoru Leyla Xəlifəli BAKU.WS-ə açıqlama verərək məsələyə aydınlıq gətirib: "Ətrafımızda süni qalmaqal yaratmağa çalışırlar. Düşünürəm ki, bu, bizə qarşı qurulan qara piyardır. Bir daha demək istəyirəm ki, konsert mediaya qapalı şəkildə keçirilmir, sadəcə olaraq, informasiya saytlarının sayı çoxdur və onların hər birini akkredetasiyadan keçirə bilmirik. Yalnız televiziya kanallarının və informasiya dəstəkçimiz olan üç saytın əməkdaşları akkredetasiyadan keçib".Qeyd edək ki, sənətçinin 3 noyabrdakı Bakı konsertinə 80- 100 manatlıq biletlər tükənib. Hazırda VİP biletlərin satışı həyata keçirilir. Biletləri İticket.az saytından əldə edə bilərsiniz. Konsertin informasiya dəstəkçisi BAKU.WS saytıdır. Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər