Dünyanın ən yaraşıqlı azərbaycanlısı: "Sevgilimə qovuşa bilmirəm"

Dünyanın ən yaraşıqlı azərbaycanlısı: Sevgilimə qovuşa bilmirəm
Şou-biznes 2803
Model, aktyor Rüstəm Cəbrayılov yeni işlərindən danışıb. BAKU.WS-ə özəl açıqlama verən R. Cəbrayılov bildirib ki, tamaşaçılar onu tezliklə yeni filmdə görəcəklər:"Dram janrında olan filmdir. Tərəf müqabilim əməkdar artist Gülzar Qurbanovadır. Çoxları Gülzar xanımı Xalq artisti Fəxrəddin Manafovun da rol aldığı "Ölsəm, bağışla..." filmində yaratdığı Gülya obrazı ilə xatırlayır. Ekran işinin ssenarisi Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin əsərlərinin motivləri əsasında yazılıb. Filmdə öz tələbəsinə aşiq olan müəllim obrazını canlandırıram və ömrümün sonuna qədər sevgilimə qovuşa bilmirəm". Qeyd edək ki, R. Cəbrayılov modellik və aktyorluqla yanaşı, tanınmış sığorta şirkətlərinin birində müşavir vəzifəsində də çalışır. Xatırladaq ki, Rüstəm Cəbrayılov 2007-ci ilin dekabrında İstanbul şəhərində keçirilən "Best Model of the World - 2007" yarışmasının qalibi olub. Azərbaycanlı modelin fotoları və çəkildiyi reklamlar müxtəlif moda jurnallarında yerləşdirilib. Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər