“Best Model of Azerbaijan 2018”in qapalı açılış mərasiminin rəngarəng görüntüləri - FOTOLAR
19
okt
2018
16:17
“Best Model of Azerbaijan 2018” milli seçimlərinin açılış partisi baş tutub. BAKU.WS-in məlumatına görə, qapalı şəkildə keçirilən tədbirdə müsabiqə iştirakçıları, layihə tərəfdaşları, təşkilat komitəsi və münsiflər heyəti iştirak edib. Samir Bayramlının aparıcılığı ilə keçən gecədə məlumat verilib ki, müsabiqənin ən kiçik finalçısının 16, ən böyük finalçısının isə 30 yaşı var.
Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şair Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva, jurnalist Elçin Əmirov, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova, rejissor Cəlal Kəngərli və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.Gecədə xüsusi qonaq qismində DJ Çina iştirak edib. “Best Model of Azerbaijan 2018”in final günü isə hələ ki, açıqlanmayıb. Qeyd edək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi tərəfdaşı isə Ləman Mirtalıblıdır.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Best model of Azerbaijan" bu səbəbdən 8 il keçirilməyib - AÇIQLAMA
Azərbaycanda 8 ildən sonra yenidən "Best model of Azerbaijan" müsabiqəsi keçiriləcək. BAKU.WS xəbər verir ki, müsabiqənin ilk kastinqi sentyabrın 4-də baş tutac...