Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq

Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq
Şou-biznes 1465
"Google" şirkəti xüsusi dəstək səhifəsində "Google+" sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.BAKU.WS xəbər verir ki, aprelin 2-dən "Google+" sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. "Google+" hesabı bağlandıqdan sonra şəkillər "Google Photos" xidmətindən yoxa çıxmayacaq.Fevralın 4-dən isə "Google+" şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində "Google+" xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində "Google"un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.BAKU.WS

Oxşar xəbərlər

Türkiyə "Google" şirkətini 15 milyon dollar cərimələdi

Türkiyə "Google" şirkətini 15 milyon dollar cərimələdi

Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.BAKU.WS-in məlumatına görə, bu qərar mobil qu...

1692 Siyasət 15:30 22 sentyabr 2018

Son xəbərlər