Azərbaycanın ən məşhur seks simvolları (VİDEO)

Azərbaycanın ən məşhur seks simvolları (VİDEO)
Video
Şou-biznes 18475
Yerli şou əhli gündəmin nəbzini tutmaq üçün cəsarətli və ağlasığmaz hərəkətlər edib, heyrət doğuran, səs-küylü addımlar atırlar.

Kimi soyunub açıq-saçıq fotosessiya etdirir, kimi də ehtiraslı pozlar verərək şou gündəmini altını üstünə çevirir. Azərbaycanın bir sıra məşhur qadınları var ki, həm gözəlliyi, həm cazibədarlığı, həm də necə deyərlər seksuallığı ilə hər kəsi özünə valeh edir.

Bütün sorğularda, suallarda sözsüz ki, "onlar" favorit və lider hesab edilir.

BAKU.WS bu dəfə axtarıb-araşdırıb, şou-biznesdə sinəsinə döyüb, məndən gözəli yoxdur deyib, mənəm-mənəmlik iddiyaları ilə səhnədə seksual obraz yaradan xanım sənətçilərin "TOP-5"liyini hazırladı.

"TOP-5"liyimizin 5-ci pilləsində son fotosessiyaları ilə gündəmə səs salan Avroviziya qalibi Nigar Camal yer alıb. Nədənsə Nigar açıq-saçıqlığa kliplərində deyil fotosessiyalarında üstünlük verir.

4-cü pillədə mahnıları ilə milyonların sevimlisinə çevrilən, əməkdar artist Röya Ayxandır. Məşhur, cazibədar və cəsarətli geyimləri ilə yanaşı həm də şıltaq səhnə obrazı ilə Azərbaycanın seks simvoludur desək heç də yanılmarıq.

Hazırladığımız "Top-5"liyimizin 3-cüsü son günlər qalmaqallı açıqlamaları ilə şou gündəmini çalxayan tanınmış aktrisa Pərvin Abıyevadır. Aktrisa formada qalmaq üçün saatlarla idman zalında məşq edir. Pərvin tez-tez fit vücüdunu nümayiş etdirərək həmkarlarına bu yolla göz dağı verir. Pərvin Abıyeva filmlərdə oynadığı rollarla diqqətləri üzərinə çəkməyi bacarır. İddialı və cəsarətli xanım olması isə onu səhnədə daha seksual göstərir.

2-ci yeri isə, top model "Mill milenium" Validə Abbasovadır. Seksual model qızı Kamilla ilə birgə uzun müddətdir Azərbaycandan köçüb və hazırda İsveçrədə yaşayır. Validə seksual bədənini videoya çəkərək ehtiraslı görüntülərini şəxsi Instagram hesabında izləyiciləri ilə paylaşır.

"Top-5"liyimizin birincisi isə oxumaqdan çox öz bədən quruluşunu açıq-aşkar reklam edən seksual müğənni Afaq Aslandır. Məşhur klipləri və ehtiraslı fotosessiyaları ilə hər kəsi heyrətləndirməyi bacarır. Afaqın yandırıb-yaxan görüntüləri izləyicilər tərəfindən tənqid bir yana, təhqirlərə məruz qalsa da, görünür müğənninin bu heç vecinə də deyil. Aslan şir ürəyi yeyib, sinəsinə aslan kimi döyüb, yenədə soyunaraq kamera qarşısına keçməkdən böyük zövq alır.

Azərbaycanın seks simvollarından ibarət hazırladığımız "TOP-5"liyimizi sizə təqdim edirik :

Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər