Azərbaycan kişilərini "bəyənməyən" Pərvin Abıyeva: "Sevgilim azərbaycanlıdır" - VİDEO

Azərbaycan kişilərini bəyənməyən Pərvin Abıyeva: Sevgilim azərbaycanlıdır - VİDEO
Video
Şou-biznes 2231
Aktrisa Pərvin Abıyeva sevgilisindən danışıb.BAKU.WS xəbər verir ki, aktrisa sevgilisinin azərbaycanlı olduğunu açıqlayıb:"Yazırlar ki, Pərvin azərbaycanlı kişiləri bəyənmir. Mən heç vaxt belə söz deməmişəm. Bu sözlər mənim adımdan deyilib. Məlumdur ki, sifarişli yazılan xəbər idi. Mən öz kişilərimizdən başqa heç bir kişi ilə münasibət qura bilmirəm. Mümkün deyil! Bacarmıram! Elə qız var ki, deyir ki, türkə ərə gedəcəm. Mən isə istəmirəm. Elə buna görə də evdə qalmışam. 28 yaşım var, nə olursa olsun, özümüzkü, Azərbaycan kişisi olsun.Sevgilim azərbaycanlıdır və həyatımda yaşamadığım bir münasibət yaşayıram. Münasibətlərimiz çox gözəldir. İnam, sevgi, güvən var. Bir-birimizə o qədər böyük inam var ki, hətta mən bu dərəcədə gözləməzdim. Bu da istər-istəməz insanı xoşbəxt edir. Toy barədə heç nə deyə bilmərəm. İnşaallah!"Aysel

Son xəbərlər