"Avroviziya 2025"in bütün finalçıları məlum olub
İsveçrənin Bazel şəhərində "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Burada 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.
Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, müsabiqə finalçılarının ikinci onluğuna aşağıdakı ölkələr daxil olub: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.
Xatırladaq ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finalçı olmuşdular.
Həmçinin final şousunda İsveçrə (ötən ilin qalibi) və Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliyadan olan ifaçılar iştirak edəcəklər – bunlar "Böyük beşlik" ölkələridir ki, avtomatik olaraq müsabiqənin finalına keçirlər.
"Avroviziya"nın finalı mayın 17-də baş tutacaq.
Oxşar xəbərlər
Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"
Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli o...