ATV-nin efirində biabırçılıq - gənci ələ salıb güldülər (VİDEO)

ATV-nin efirində biabırçılıq - gənci ələ salıb güldülər (VİDEO)
Video
Şou-biznes 8099

ATV televiziyasında yayımlanan "İdeya qazandı" verilişində xoşagəlməz məqamlar yaşanıb.

BAKU.WS xəbər verir ki, verilişin formatına uyğun olaraq hər kəsin öz ideyasını satmağı çalışdığı proqramda investorlar ideya müəllifi olan gənci ələ salıblar. Öz ideyasını təqdim edən gənc xoşa gəlməz mənzərə ilə üzləşib. İnvestorlar onun çıxışına əhəmiyyət verməyərək gülməyə başlayıblar. Gənc oğlan yaranan mənzərə qarşısında pərt olub.

Bu barədə BakiPost.az-a açıqlamasında ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir: 

"Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.

Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb”.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər